Mikayıl Cabbarov: 2027-ci ildən texnologiya parklarına 20 ilədək vergi güzəşti tətbiq ediləcək

Azərbaycanda 2027-ci ildən etibarən innovasiya, startap və texnologiya parklarının rezidentləri üçün 20 ilədək müddəti əhatə edən vergi güzəştləri tətbiq ediləcək. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, süni intellekt və rəqəmsallaşma ölkənin iqtisadi inkişaf gündəliyinin prioritet istiqamətlərindəndir və bu sahədə ardıcıl dövlət proqramları qəbul edilib.
Onun sözlərinə görə, Azərbaycan və İtaliyanın ixtisaslaşmış qurumları arasında imzalanmış anlaşma memorandumu İtaliya tərəfdaşlarının investisiya qərarları və birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından faydalı çərçivə rolunu oynayır.
Cabbarov bildirib ki, ölkənin strateji coğrafi mövqeyi Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz və Avropa bazarları ilə əlaqələndirməyə imkan verir.
Nazir əlavə edib ki, Azərbaycan və Qazaxıstan arasında istifadəyə verilmiş Transxəzər fiber-optik kabel xətti ölkənin rəqəmsal bağlantı imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın etibarlı investisiya və istehsal platforması kimi mövqeyini də gücləndirir.





Son xəbərlər 



















