• $
  • €
  • ₽
  • ₺
  • £

SIMEST İtaliya şirkətlərinə 8,5 milyard avrodan çox maliyyə dəstəyi göstərib

SIMEST İtaliya şirkətlərinə 8,5 milyard avrodan çox maliyyə dəstəyi göstərib
23.11.2026 10:57

2025-ci ildə 2 300-dən çox İtaliya müəssisəsinin xeyrinə 8,5 milyard avrodan artıq maliyyə vəsaiti ayrılıb və 10 milyard avrodan çox investisiya səfərbər edilib. Dəstəklənən müəssisələrin 90%-ni kiçik və orta biznes subyektləri təşkil edib. Bunu SIMEST-in Xarici Əlaqələr üzrə baş direktoru Françeska Alikata bildirib.

Onun sözlərinə görə, SIMEST 35 ildən artıqdır ki, İtaliya şirkətlərinin beynəlxalq bazarlara çıxışını və inkişafını dəstəkləyir. Qurum “Cassa Depositi e Prestiti” (CDP) qrupunun tərkibində fəaliyyət göstərir.

Alikata qeyd edib ki, SIMEST hazırda təxminən 30 milyard avro həcmində portfeli idarə edir və dünyanın 124 ölkəsində fəaliyyət göstərir. Qurum indiyədək 15 400-dən çox müəssisəyə dəstək verib.

O bildirib ki, SIMEST Azərbaycan bazarında fəaliyyət göstərmək istəyən İtaliya şirkətlərinə 0,3 faiz dərəcəsi ilə güzəştli kreditlər və 10-30 faiz həcmində geri qaytarılmayan qrantlar təqdim edir.

Baş direktorun sözlərinə görə, qurum İtaliya şirkətlərinin xarici ölkələrdə birgə müəssisələr yaratmasına azlıq payı ilə kapital tərəfdaşı qismində də qoşula bilər.

Alikata əlavə edib ki, SIMEST ixrac və təchizatçı kreditləri üzrə də dəstək göstərir. Bu mexanizm İtaliya şirkətlərinə Azərbaycan tərəfinə maşın və avadanlıqların satışı zamanı 2-5 ilədək ödəniş möhləti və əlverişli faiz şərtləri təklif etməyə imkan verir.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Commission-free purchases on Yelo Invest during Black Friday week!
İqtisadiyyat 11:07
Commission-free purchases on Yelo Invest during Black Friday week!
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış!
İqtisadiyyat 11:04
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış!
Azərbaycan və İtaliya sənaye avadanlıqlarının istehsalını lokallaşdırmaq imkanlarını müzakirə edir
İqtisadiyyat 11:01
Azərbaycan və İtaliya sənaye avadanlıqlarının istehsalını lokallaşdırmaq imkanlarını müzakirə edir
Azərbaycan İtaliya ilə dağ-mədən layihələrini genişləndirməyi planlaşdırır
İqtisadiyyat 10:47
Azərbaycan İtaliya ilə dağ-mədən layihələrini genişləndirməyi planlaşdırır
Ələt hava limanı 2027-ci ildə istifadəyə veriləcək
İqtisadiyyat 10:39
Ələt hava limanı 2027-ci ildə istifadəyə veriləcək
ABİF-in idarəçiliyində 1 milyard dollara yaxın aktiv var- Ülvi Mansurov
İqtisadiyyat 10:24
ABİF-in idarəçiliyində 1 milyard dollara yaxın aktiv var- Ülvi Mansurov
Azərbaycan İtaliya ilə nəqliyyat və investisiya əməkdaşlığını genişləndirir
İqtisadiyyat 10:18
Azərbaycan İtaliya ilə nəqliyyat və investisiya əməkdaşlığını genişləndirir
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb
İqtisadiyyat 10:14
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:41
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol