Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN

Noyabrın 21-22-də Azərbaycanda 83 cinayət, əvvəlki dövrlərdən bağlı qalan daha 3 cinayət polis tərəfindən açılıb. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 34-ü borclu şəxs qismində axtarışda olub.
Hesabat dövründə narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 12 fakt müəyyən edilib.

Son xəbərlər 
Daha çox 























