Azərbaycan İtaliya ilə nəqliyyat və investisiya əməkdaşlığını genişləndirir

Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturu Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır. Bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Limanı Avropa ilə Asiya arasında əlaqələrin inkişafını təmin edən əsas nəqliyyat infrastrukturu layihələridir.
Nazir müavini qeyd edib ki, İtaliya şirkətləri ilə əməkdaşlıq bu infrastruktur layihələrindən istifadə etməklə ticarət əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
O, həmçinin Ələt Azad İqtisadi Zonasında və sənaye parklarında əməkdaşlıq perspektivlərinə diqqət çəkib. Bildirib ki, istehsalın logistika obyektlərinə yaxın ərazilərdə təşkili, təchizatın səmərəli qurulması və hədəf bazarların əvvəlcədən müəyyənləşdirilməsi layihələrin kommersiya perspektivlərinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Anar Axundov vurğulayıb ki, İtaliya şirkətlərinin Azərbaycanda istehsal fəaliyyətini genişləndirməsi, müasir texnologiyaların tətbiqi və regional bazarlara çıxış imkanlarından istifadə iki ölkə arasında daha şaxələndirilmiş ticarət və investisiya tərəfdaşlığının inkişafına töhfə verəcək.


Son xəbərlər 
Daha çox 






















