• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNF İtaliyaya indiyədək 2,8 milyard dollar investisiya yatırıb

ARDNF İtaliyaya indiyədək 2,8 milyard dollar investisiya yatırıb
23.11.2026 11:09

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyaya indiyədək 2,8 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Bu, Fondun ümumi investisiya portfelinin təxminən 4%-ni təşkil edir. Bunu ARDNF-in icraçı direktorunun müavini Rövşən Cavadov Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı deyib.

O bildirib ki, 27 illik fəaliyyəti ərzində Dövlət Neft Fondunun idarə etdiyi aktivlərin həcmi 70 milyard ABŞ dollarını ötüb. Fondun investisiya portfeli dünyanın 70-dən çox ölkəsini əhatə edir və şaxələndirilmiş struktura malikdir.

Cavadov qeyd edib ki, ARDNF beynəlxalq səviyyədə digər suveren fondlarla da sıx əməkdaşlıq edir və Suveren Sərvət Fondlarının Beynəlxalq Forumunun (IFSWF) əsas təsisçilərindən biridir. Onun sözlərinə görə, 40-dan çox suveren fondu birləşdirən forumun idarə etdiyi aktivlərin ümumi həcmi 10 trilyon ABŞ dollarını ötür.

O əlavə edib ki, forumun növbəti iclası 2028-ci ildə Bakıda keçiriləcək. Eyni zamanda, ARDNF-in icraçı direktoru növbəti iki il ərzində forumun Müşavirə Şurasına rəhbərlik edəcək.

Fond rəsmisi İtaliyanın ARDNF-in investisiya portfelində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, İtaliya Fondun investisiyalarının həcminə görə ilk dörd ölkə sırasında yer alır.

“Bu rəqəmlər İtaliya şirkətlərinə, ölkənin fiskal etibarlılığına, sənaye və iqtisadi potensialına olan etimadımızı əks etdirən uzunmüddətli investisiya qərarlarının nəticəsidir”, – o bildirib.

Cavadovun sözlərinə görə, ARDNF İtaliyanın səhiyyə, rəqəmsal və maliyyə xidmətləri, eləcə də sənaye sektorlarında fəaliyyət göstərən şirkətlərinə və ailə bizneslərinə investisiya yatırır. Fond, həmçinin İtaliyanın yüksək sürətli dəmir yolu operatoru “Italo”ya investisiya edib.

Bundan başqa, ARDNF İtaliyanın enerji şirkəti “Enfinity Global” ilə tərəfdaşlıq çərçivəsində Lazio və Emilia-Romagna regionlarında yerləşən 14 günəş elektrik stansiyasından ibarət portfelin 49%-lik payını əldə edib. Ümumi gücü 402 meqavat olan stansiyalar təxminən 250 min İtaliya ailəsini bərpaolunan elektrik enerjisi ilə təmin etmək potensialına malikdir.

O vurğulayıb ki, Azərbaycan və İtaliya arasında uzun illər neft-qaz hasilatı və nəqli sahəsində formalaşmış əməkdaşlıq hazırda bərpaolunan enerji sektorunu da əhatə edir.

“Biz İtaliyanı strateji tərəfdaş kimi görürük və uzunmüddətli investor olaraq ölkələrimiz arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik”, – o qeyd edib.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış!
İqtisadiyyat 11:04
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış!
Azərbaycan və İtaliya sənaye avadanlıqlarının istehsalını lokallaşdırmaq imkanlarını müzakirə edir
İqtisadiyyat 11:01
Azərbaycan və İtaliya sənaye avadanlıqlarının istehsalını lokallaşdırmaq imkanlarını müzakirə edir
SIMEST İtaliya şirkətlərinə 8,5 milyard avrodan çox maliyyə dəstəyi göstərib
İqtisadiyyat 10:57
SIMEST İtaliya şirkətlərinə 8,5 milyard avrodan çox maliyyə dəstəyi göstərib
Azərbaycan İtaliya ilə dağ-mədən layihələrini genişləndirməyi planlaşdırır
İqtisadiyyat 10:47
Azərbaycan İtaliya ilə dağ-mədən layihələrini genişləndirməyi planlaşdırır
Ələt hava limanı 2027-ci ildə istifadəyə veriləcək
İqtisadiyyat 10:39
Ələt hava limanı 2027-ci ildə istifadəyə veriləcək
ABİF-in idarəçiliyində 1 milyard dollara yaxın aktiv var- Ülvi Mansurov
İqtisadiyyat 10:24
ABİF-in idarəçiliyində 1 milyard dollara yaxın aktiv var- Ülvi Mansurov
Azərbaycan İtaliya ilə nəqliyyat və investisiya əməkdaşlığını genişləndirir
İqtisadiyyat 10:18
Azərbaycan İtaliya ilə nəqliyyat və investisiya əməkdaşlığını genişləndirir
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb
İqtisadiyyat 10:14
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:41
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol