• $
  • €
  • ₽
  • ₺
  • £

Bağça müəllimləri üçün sınaq imtahanı başlayır

Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
23.11.2026 13:12

Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, noyabrın 24-də dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək. Proses "Microsoft Teams" platforması üzərindən onlayn formada, saat 15:00-dan etibarən başlayacaq və iştirak növbəti 24 saat ərzində aktiv olacaq. 120 dəqiqə davam edəcək sınaq imtahanında ümumilikdə 60 sual təqdim olunacaq.

Suallar məktəbəqədər təhsilin məzmunu və metodikası, uşaq və yaş psixologiyası istiqamətlərini əhatə edəcək. İmtahan zamanı səhv cavablar yekun nəticəyə təsir göstərməyəcək və hər bir namizədə sınaqda yalnız bir dəfə iştirak etmək imkanı veriləcək.

Sualların əhatə etdiyi sahələr və mövzularla bağlı ətraflı məlumat "Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirilmə çərçivəsi" sənədində öz əksini tapıb.

Sertifikatlaşdırma prosesi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının obyektiv qiymətləndirilməsi məqsədini daşıyır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol