Sulutəpədə ikimərtəbəli ev yanıb - Video

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan kürsülü ikimərtəbəli evdəki yanğın bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində evin ikinci mərtəbəsinin 150 kvadratmetrlik sahəsi, dam örtüyü və pilləkən qəfəsi yanıb. Birinci mərtəbə və bitişik tikililər yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Son xəbərlər 
Daha çox 























