Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib

Qarabağ Universitetindən heç bir tələbə qovulmayıb.Bu barədə ali təhsil müəssisəsinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, tələbələr arasında mübahisə universitetdən kənarda baş verib.
"Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib və məsələ ilə əlaqədar heç bir tələbə universitetindən qovulmayıb", - məlumatda deyilir.
Qeyd edək ki, bəzi media subyektlərində Qarabağ Universitetinin iki tələbəsi arasında qısqanclıq zəminində dava baş verdiyi və onların hər ikisinin universitetdən qovulduğu barədə məlumat yayılmışdı.
Son xəbərlər 
Daha çox 























