• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil

Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
24.11.2026 11:30

Naxçıvana ayrılan büdcə dotasiyasının azaldılmasını düzgün hesab deyil. Bunu deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib.

O, nəqliyyat əlaqələrindəki problemlər, işsizlik və səhiyyə xidmətlərinə çıxış çətinliklərini nəzərə alaraq, əksinə, dotasiyanın artırılmasını təklif edib.

Deputat parlamentdə çıxışı zamanı bildirib ki, Naxçıvana 2027-ci il üçün dövlət büdcəsindən 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulub. Bu, ötən illə müqayisədə 6,4% azdır.

Fazil Mustafa hesab edir ki, bölgədə iqtisadi vəziyyət hələ də yaxşılaşmayıb və bunun əsas səbəblərindən biri nəqliyyat əlaqələrindəki çətinliklərdir.

“Amma bütün məsələlərin sonu gəlib yol məsələsinə çıxır. Yol açılmadıqca hansısa bir ciddi layihəni arzulanan səviyyədə həyata keçirmək mümkün olmur”, - deputat bildirib.

O qeyd edib ki, İrandakı vəziyyət də Naxçıvanla sabit daşımaların həyata keçirilməsinə mənfi təsir göstərir. Deputatın sözlərinə görə, bölgədə iqtisadi canlanma və islahatlarla bağlı təşəbbüslər olsa da, nəqliyyat problemi həllini tapmayınca ciddi nəticələr əldə etmək çətindir.

Fazil Mustafa Naxçıvanda sosial problemlərin, xüsusilə işsizliyin ciddi narahatlıq doğurduğunu da vurğulayıb.

Deputat səhiyyə xidmətlərinə çıxışla bağlı çətinliklərə diqqət çəkərək bildirib ki, ixtisaslı tibbi kadrların böyük hissəsinin Bakıda olması Naxçıvan sakinləri üçün əlavə problemlər yaradır.

“Bəzən müalicə olunmaqdan belə insanlar çəkinirlər, çünki təyyarəyə bilet alıb gəlmək, yanında iki-üç nəfərlə gəlib bu müalicəni həyata keçirmək mümkün olmur”, - o bildirib.

Deputatın fikrincə, nəqliyyat yolları açılmayana qədər Naxçıvana ayrılan dotasiyanın azaldılması əvəzinə, büdcə dəstəyi artırılmalıdır.

“Bu məsələdə düşünmək lazımdır, hökumət başqa imkanları nəzərə alaraq bunu əksinə artırmalıdır ki, heç olmasa xəstəliyə düçar olmuş insanlar pulsuz, ödənişsiz bir dəfə gəlib-getmə imkanı əldə eləsinlər”, - Fazil Mustafa əlavə edib.

O hesab edir ki, dövlət dəstəyi Naxçıvan əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasına da yönəldilməlidir.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol