Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək

Noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsündə yenidənqurma işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, körpünün Bakı istiqamətində yerləşən köməkçi hissəsinin yenidən inşası ilə əlaqədar 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Dəyişikliyə əsasən, avtobusların hərəkəti avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil olunacaq.
























