• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat

Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat
24.11.2026 13:24

Milli Məclisin deputatı Elman Nəsirov dövlət vəzifəli şəxslərinin qəbul edilən qanunların icrasına özlərinin nümunə olmalı olduğunu açıqlayıb.

Deputat parlamentdə çıxışı zamanı deyib ki, maraqların toqquşmasının qarşısının alınması yalnız qanunvericiliklə deyil, həm də vəzifəli şəxslərin davranışı və məsuliyyəti ilə təmin edilməlidir.

“Hörmətli Sahibə xanım, siz də bir neçə dəfə bu məsələləri dilə gətirmisiniz ki, biz qanunları qəbul edirik, amma özümüz bu qəbul etdiyimiz qanunların icrası məsələlərinə nümunə olmalıyıq”, – Elman Nəsirov qeyd edib.

Deputatın sözlərinə görə, maraqların toqquşması heç də həmişə korrupsiya demək deyil, lakin vaxtında qarşısı alınmadıqda korrupsiyanın formalaşması üçün münbit şərait yaradır. Buna görə də dövlət vəzifəsi daşıyan şəxslər şəxsi deyil, ictimai maraqlara xidmət etməlidirlər.

O qeyd edib ki, vəzifəli şəxs vəzifəyə başlamazdan əvvəl belə bəyannamə təqdim etməli, sonrakı illərdə isə hər il aprelin 15-dək bu öhdəliyi yerinə yetirməlidir. Bəyannamədə məlumatların natamam və ya təhrif olunmuş şəkildə təqdim edilməsi də qanun pozuntusu hesab olunur.

Deputat sahibkarlıq və əlavə fəaliyyətlə bağlı məhdudiyyətləri, eləcə də hədiyyə və qonaqpərvərlik məsələlərinin qanun layihəsində əksini tapmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, qəbul edilmiş hədiyyə və ya göstərilmiş qonaqpərvərlik barədə üç iş günü ərzində səlahiyyətli subyektə məlumat verilməsi nəzərdə tutulur.

Elman Nəsirov dövlət satınalmalarında rəqabətsiz prosedurların geniş yayılmasına da diqqət çəkib.

“2025-ci ildə Hesablama Palatasının satınalmalar üzrə açıqladığı rəsmi məlumata görə, yoxlanılmış 3 500 satınalmanın 2 119-u, yəni təxminən 60%-i rəqabətsiz, bir mənbədən satınalma yolu ilə həyata keçirilib”, – deputat bildirib.

O, bu göstəricinin bütün satınalmalarda qanun pozuntusu olduğu anlamına gəlmədiyini vurğulayıb. Bununla belə, belə şəraitdə maraqların toqquşmasının qarşısının alınması və nəzarətin gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyib.

Deputat qanunun effektiv tətbiqi üçün bir sıra təkliflər də irəli sürüb. Onun fikrincə, dövlət vəzifəli şəxslərinin şəxsi, ailə və biznes maraqlarının açıqlanmasını, bu halların müəyyənləşdirilməsi və aradan qaldırılması qaydalarını əhatə edən vahid qanunvericilik mexanizmi formalaşdırılmalıdır.

O, həmçinin vəzifəli şəxslərin gəlirləri, əmlakı, biznes əlaqələri və digər maliyyə maraqları barədə bəyannamə sisteminin real işləməsinin vacibliyini vurğulayıb.

“Bəyannamələrin yalnız təqdim edilməsi deyil, onların yoxlanılması və qanunvericiliyə uyğun şəkildə ictimaiyyət üçün açıq və əlçatan olması da vacib məsələlərdən biridir”, – deputat qeyd edib.

Elman Nəsirov əlavə edib ki, maraqların toqquşmasının qarşısının alınması kimisə cəzalandırmaq üçün deyil, dövlət idarəçiliyində ədaləti və ictimai etimadı qorumaq üçün vacibdir.

“Vətəndaş dövlət qurumunda qərar qəbul edilərkən kiminsə şəxsi maraqlarının deyil, qanunun və ictimai mənafeyin əsas götürüldüyünə inanmalıdır”, – o bildirib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol