• $
  • €
  • ₽
  • ₺
  • £

MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb

MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
24.11.2026 13:56

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 195 ölkəsindən 2 milyon 80,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,6 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,8 faizi İsrail, 3,5 faizi Pakistan, 3 faizi Özbəkistan, 2,9 faizi Çin, 2,7 faizi Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1 faizi Belarus, 12,5 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,9 faiz artaraq 111,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artaraq 781,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,5 faiz azalaraq 241,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,1 faiz azalaraq 946,3 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2025-ci ilin həmin ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,9 faiz azalaraq 1 milyon 740,4 min nəfər olub. Vətəndaşlarımızın 43,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,6 faizi Rusiya Federasiyasına (1,9 faiz az), 13,2 faizi Gürcüstana (19,2 faiz çox), 4,9 faizi İrana (47,9 faiz az), 23,6 faizi isə digər ölkələrə (1,1 faiz az) gedib. Gedənlərin 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil edib.

Cari ilin ilk 10 ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,9 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat/ video
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat/ video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol