1370 illik "Quran" tapıldı

12:32 | 22.07.2015
1370 illik

1370 illik "Quran" tapıldı

Bu, əlyazmalar müsəlman aləmi üçün mühüm əhəmiyyət daşıyacaq

ANN.Az xəbər verir ki, dünyanın ən qədim "Quran"ı hesab oluna biləcək əlyazmalar İngiltərənin Birmingem Universiteti tərəfindən tapılıb.

Ən dəqiq yoxlama üsulu olan "Karbon 14" testi ilə əlyazmaların ən azı 1370 illik yaşı olduğu təsbit edilib. BBC-nin yaydığı məlumata görə, "Quran"a aid səhifələr təxminən 1 əsrə qədər universitetin kitabxanasında fərq edilmədən qalıb. "British Library"nın müqəddəs kitablar üzrə araşdırıcısı doktor Muhammad İsa Waley "həyəcanverici bu kəşf islam dünyasını çox sevindirəcək" - deyə hisslərini ifadə edib.

Test əsasında əlyazmların qoyun, yaxud keçi dərisinə yazıldığı bildirilir.

Nuray


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM