Azərbaycanda daha bir nəfəri ildırım vurub - Yenilənib

22:46 | 31.05.2024
Azərbaycanda daha bir nəfəri ildırım vurub - Yenilənib

Azərbaycanda daha bir nəfəri ildırım vurub - Yenilənib

Azərbaycanda daha bir nəfəri ildırım vurub.

"Qafqazinfo”nun məlumatına görə, növbəti bədbaxt hadisə Gəncədə baş verib.

Belə ki, şəhərin Həsən Əliyev küçəsində 24 yaşlı O.Quliyevi ildırım vurub.

O, ağır halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 19:46

Tovuzda 14 yaşlı uşaq faciəvi şəkildə ölüb.

"Qafqazinfo”nun məlumatına görə, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub.

Hadisə Ağdam kəndində baş verib. Bədbəxt hadisə nəticəsində yeniyetmə ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM