1500 şagirdin dual model təhsilinə cəlb olunması hədəflənir - Ceyhun Kərəmov

16:11 | 15.05.2024
1500 şagirdin dual model təhsilinə cəlb olunması hədəflənir - Ceyhun Kərəmov

1500 şagirdin dual model təhsilinə cəlb olunması hədəflənir - Ceyhun Kərəmov

2024-cü il peşə təmaüllü məktəblərdə 1500 şagirdin dual model təhsilinə cəlb olunması hədəflənir. Bunu anews.az-a açıqlamasında Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

"2023-cü ildə 1000 nəfəri bu layihəyə cəlb etmişdik. Bu əsasən turizm və xidmət sektorudur. Təqribən 150 şirkətlə işləyirik.  150 şirkətdə 1000 nəfər peşə təhsili alıb. Onlar həftənin 3 günü məktəbə, 2 günü iş yerinə gedirlər. Bu alman modelidir ki, hazırda pilot layohə kimi icra olunur.

Bu model təhsildə işə götürmə faizi 50% -dən yuxarı olur. Bu il və gələn il 1500 dən çox adamı bu proqrama götürmək istəyirik.Həmçinin əməkdaşlıq etdiyimiz şirkətlərin sayını artırmağı düşünürük",- Kərəmov açıqlamasında bildirib.

Direktor həmçinin vurğulayıb ki, hazırda 14 məktəbdə icra olunan bu layihənin 20 məktəbdə keçirilməsi nəzərdə tutulur
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM