Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 2002-ci il təvəllüdlü Əli Qasımovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Elan olunmuş ittihamla Əli özünü təqsirli bilib. Hadisə baş verən vaxt Əlinin 16 yaşı olub. O, Elvin Əliyevi namus üstündə vurduğunu deyib."Anamla telefonda danışırdı. Mən də şübhələndim. Sonra səs yazısına qulaq asdım. Bir kişi bir qadına münasibət qurmaq üçün nə demək lazım idisə, deyirdi. Ən çox da sonuncu sözünə görə onu vurdum”, - deyə Əli bildirib.
"Sonda sağollaşanda anama dedi ki, sağ ol, balam. Bu sözdən sonra əsəbiləşdim. Zəng edib görüşmək istədiyimi dedim. Sumqayıtda "ASAN xidmət”in arxasında görüşdük. Mən ondan bu hərəkətinin səbəbini soruşdum. İnkar elədi. Mən də ona dedim ki, kimsə sənin anana belə hərəkət etsə, xoşuna gələr? Sonra mübahisə elədik. Bıçağı çıxarıb onu vurdum”.
Proses iyunun 18-də davam etdiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !