1700 rus İŞİD üçün döyüşür

09:13 | 20.02.2015
1700 rus İŞİD üçün döyüşür

1700 rus İŞİD üçün döyüşür

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri ölkəsindən minlərlə adamın İraqdakı döyüşlərə getdiyini bildirib. 

ANS PRESS-in məlumatına görə, Fransa və Danimarkadakı teraktlardan sonra 60 ölkə təmsiçisinin iştirakı ilə Vaşinqtonda keçirilən sammitdə çıxış edən FTX rəhbəri Aleksandr Bortnikov 2014-cü il ərzində münaqişə zonasında döyüşən rusların sayının iki dəfə artdığını bildirib. 

Onun sözlərinə görə, əgər bu göstərici ötən ildə təxminən 800 nəfər idisə, bu hazırda 1700 nəfər təşkil edir. 

Bundan başqa, ümumilikdə İŞİD cəbhəsində 100 ölkədən 20 min əcnəbi döyüşdüyü deyilir. 

Qeyd edək ki, sözügedən sammitə İngiltərə xarici işlər naziri Tereza Mey və Paris bələdiyyə sədri Anne Hidalqo da qatılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM