Daha bir erməni oğurluğu

16:30 | 04.04.2015
Daha bir erməni oğurluğu

Daha bir erməni oğurluğu

Ermənilərin Türk mədəniyyət nümunələrini öz adlarına çıxması təzə xəbər deyil. Bununla bağlı daha bir fakt Avstraliyada qeydə alınıb. 

ANS PRESS-in məlumatına görə, Avstraliyanın Melburn şəhərində yaşayan erməni ailəsi kababın bişirilməsini videoya çəkib. 60 yaşlı Ervand Qarqinyan əsl "erməni şaşlıkı"nın necə bişirilməsini göstərir. Sosial şəbəkələrə yüklənən videoya 5 milyondan çox baxış olub. Artıq Britaniyanın Daily-Mail qəzeti də video haqqında reportaj hazırlayıb. Qədim türklərin mətbəx nümunələrini öz adlarına çıxan ermənilər bu yeməklərin adlarını dəyişməyə belə cəhd etmirlər. 

Şişlik adlandırılan kababın nəyə görə "şaşlık"a çevrilməsi, dolmanın türk dilində doldurmaq sözündən götürüldüyünü, lavaş sözünün isə lay aş-dan yarandığının izahını isə ermənilər verə bilmirlər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb