Ali Məhkəmənin hakimi intihar edib

15:25 | 27.04.2024
Ali Məhkəmənin hakimi intihar edib

Ali Məhkəmənin hakimi intihar edib

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib.

"Qafqazinfo”nun məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

O, ağır xəstəlikdən - şəkərli diabetdən əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib.

İlqar Dadaşov 1962-ci ildə anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1989-1993-cü illərdə Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanası vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Respublika Prokurorluğunda idarə prokuroru olub. 2000-2007-ci illərdə İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb. İlqar Dadaşov 2010-cu ildən Ali Məhkəməsinin hakimi idi.

Tanınmış hakim 2023-cü ildə Prezidentin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb