Qanuna əsasən 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
"Qafqazinfo”nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, həmin günlər hər il bayram kimi qeyd olunacaq.
Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !