Rusiyada yaşayan azərbaycanlıların nəzərinə

Rusiya vətəndaşlığı alan, lakin andiçmə prosedurunu keçməyən əcnəbilər bu il noyabrın 23-dən Rusiya vətəndaşlığı statusundan məhrum ediləcəklər.Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rusiya vətəndaşlığı alarkən andiçmə öhdəliyi 2017-ci il sentyabrın 1-dən tətbiq edilib. Buna görə də yeni qaydalar bu tarixdən əvvəl Rusiya vətəndaşı olanlara və ya vətəndaşlıq alarkən and içməkdən azad edilənlərə aid deyil.
www.anews.az
Qurumdan bildirilib ki, andiçmə müddəti noyabrın 22-də başa çatır.
"23 noyabr 2024-cü il tarixindən belə şəxslər Rusiya vətəndaşlığını əldə etməmiş hesab olunacaqlar və onların Rusiya vətəndaşlığına qəbul edilməsi barədə qərarlar etibarsız sayılacaq”, – deyə məlumatda vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 13:15
Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına töhfə verəcək - Birgə məlumat

Cəmiyyət 13:06
Emin Əmrullayev: Sertifikasiyadan keçməyən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləridir

Cəmiyyət 12:55
Anar Əliyev: 2030-cu ilədək peşə hazırlığına cəlb olunanların sayı 25 minə çatdırılacaq





















