• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Əliyev: 2030-cu ilədək peşə hazırlığına cəlb olunanların sayı 25 minə çatdırılacaq

Anar Əliyev: 2030-cu ilədək peşə hazırlığına cəlb olunanların sayı 25 minə çatdırılacaq
18.11.2026 12:55

Peşə hazırlığına cəlb olunan şəxslərin sayının 2030-cu ilədək hər il 25 minə çatdırılması hədəflənir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2026 peşə formunda deyib.

Nazir bildirib ki, peşə təhsili və hazırlığı proqramlarının əmək bazarının tələblərinə, eləcə də beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir. Onun sözlərinə görə, əsas məqsəd işəgötürənlərin tələblərinə cavab verən ixtisaslı işçi qüvvəsinin formalaşdırılmasıdır.

Əliyev qeyd edib ki, süni intellektin təsiri peşə təhsili ilə müqayisədə daha çox ali və akademik təhsil sahələrində hiss oluna bilər. Bu isə peşə təhsilinə tələbatın daha uzun müddət davam edəcəyini göstərir.

Nazir vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi peşə təhsili və hazırlığı sahəsində əmək standartlarının hazırlanması istiqamətində fəaliyyət göstərir.

“Hazırda 1000-ə yaxın peşə və kvalifikasiya standartını nazirliyin reyestrinə daxil edə bilmişik. Bu standartlar hazırlanarkən beynəlxalq əmək bazarının tələb və standartları nəzərə alınıb. Dövlət Məşğulluq Agentliyi il ərzində 500 minə yaxın işçi və işaxtaran şəxslə iş aparır. Eyni zamanda, hər il təxminən 18-20 min nəfər peşə hazırlığı proqramlarına cəlb olunur. 2019-cu ildən peşə hazırlığında adambaşına maliyyələşmə mexanizminə keçid özəl sektorla əməkdaşlıq imkanlarını genişləndirib. Hazırda 109-dan çox peşə və ixtisas üzrə altı ayadək davam edən qısamüddətli kurslar təşkil olunur”,- o bildirib.

Anar Əliyev bəzi hallarda 30-35 günlük kurslar vasitəsilə belə şəxslərin beynəlxalq əmək bazarında işləyə biləcək səviyyədə hazırlanmasının mümkün olduğunu bildirib. O, qaynaqçı peşəsini buna nümunə göstərib.

Nazir əlavə edib ki, peşə hazırlığı zamanı dil bilikləri, menecment və riyaziyyat kimi baza biliklərinin inkişafına da diqqət yetirilməlidir. Bu biliklər şəxslərin yeni peşəyə yiyələnməsinə, ixtisaslarını artırmasına və dəyişən əmək bazarının tələblərinə uyğunlaşmasına kömək edir.

“Peşənin asanı və ağırlığı olmur. Əmək bazarı rəqabətli bazardır. Çətin və ağır peşələrdə rəqabət nisbətən az, daha rahat peşələrdə isə yüksək ola bilər. Buna görə də peşə seçimində rəqabət amili də nəzərə alınmalıdır”, - nazir bildirib.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Emin Əmrullayev: Sertifikasiyadan keçməyən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləridir
Cəmiyyət 13:06
Emin Əmrullayev: Sertifikasiyadan keçməyən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləridir
AZCON: 800 sürücünün işə götürülməsinə ehtiyac var
Cəmiyyət 13:04
AZCON: 800 sürücünün işə götürülməsinə ehtiyac var
Sabaha olan hava proqnozu açıqlanıb
Cəmiyyət 12:44
Sabaha olan hava proqnozu açıqlanıb
Azərbaycanda on minlərlə insan peşə və ixtisas sahibi ola bilmir- Emin Əmrullayev
Cəmiyyət 12:42
Azərbaycanda on minlərlə insan peşə və ixtisas sahibi ola bilmir- Emin Əmrullayev
Azərbaycanda 32 məktəb və bağçada istilik yoxdur
Cəmiyyət 12:38
Azərbaycanda 32 məktəb və bağçada istilik yoxdur
Fermerləri çətin vəziyyətə saldığımızı görə-görə qanun qəbul edirik - deputat
Cəmiyyət 11:45
Fermerləri çətin vəziyyətə saldığımızı görə-görə qanun qəbul edirik - deputat
Fermerlərin 80 faizindən çoxu keyfiyyətsiz kartof toxumu əkir - video
Cəmiyyət 11:25
Fermerlərin 80 faizindən çoxu keyfiyyətsiz kartof toxumu əkir - video
Aqrobiznes festivallarında indiyədək 300-dən çox şirkət iştirak edib
Cəmiyyət 11:23
Aqrobiznes festivallarında indiyədək 300-dən çox şirkət iştirak edib
Azərbaycanda son 4 ildə 37 mindən çox vakansiya təhlil edilib
Cəmiyyət 11:17
Azərbaycanda son 4 ildə 37 mindən çox vakansiya təhlil edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol