• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 32 məktəb və bağçada istilik yoxdur

Azərbaycanda 32 məktəb və bağçada istilik yoxdur
18.11.2026 12:38

Noyabrın 15-dən etibarən ölkə üzrə istilik mövsümünə başlanılması ilə əlaqədar təhsil müəssisələrinin hazırlığı istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

MÜTDA-dan verilən xəbərə görə, hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb, müvafiq qurumlarla birgə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb. Aşkar edilən və yarana biləcək nasazlıqların aradan qaldırılması istiqamətində zəruri addımlar atılıb.

Bildirilib ki, hazırda 214 məktəb, 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş şəkildə təşkil olunur. Odun yanacağından istifadə edən bütün təhsil müəssisələrində pellet yanacağına keçid təmin edilib, ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası təchiz olunub.

Qeyd edilib ki, 176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Onlardan 144-də işlər tamamlanıb, 32 müəssisədə isə davam etdirilir. Qazlaşdırılma prosesi yekunlaşmayan 32 müəssisədə alternativ istilik təmin edən avadanlıqlar vasitəsilə istilik təmin edilməkdədir.

“Bununla yanaşı, cari ildə 743 təhsil müəssisəsində istilik sisteminin təmiri həyata keçirilib.

İstilik mövsümü ərzində gündəlik əsasda yarana biləcək texniki problemlərin operativ həlli, təhsil müəssisələrininin mövcud istilik sistemlərindəki nasazlıqların aradan qaldırılması məqsədilə regionlarda aidiyyəti qurumlarla birlikdə xüsusi qruplar yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.

Təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması və istilik mövsümü ərzində yarana biləcək problemlərə vaxtında müdaxilə edilməsi istiqamətində tədbirlər mövsümboyu davam etdiriləcək”, - məlumatda deyilir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabaha olan hava proqnozu açıqlanıb
Cəmiyyət 12:44
Sabaha olan hava proqnozu açıqlanıb
Emin Əmrullayev: Azərbaycanda on minlərlə vətəndaş ixtisassız qalır
Cəmiyyət 12:42
Emin Əmrullayev: Azərbaycanda on minlərlə vətəndaş ixtisassız qalır
Fermerləri çətin vəziyyətə saldığımızı görə-görə qanun qəbul edirik - deputat
Cəmiyyət 11:45
Fermerləri çətin vəziyyətə saldığımızı görə-görə qanun qəbul edirik - deputat
Fermerlərin 80 faizindən çoxu keyfiyyətsiz kartof toxumu əkir - video
Cəmiyyət 11:25
Fermerlərin 80 faizindən çoxu keyfiyyətsiz kartof toxumu əkir - video
Aqrobiznes festivallarında indiyədək 300-dən çox şirkət iştirak edib
Cəmiyyət 11:23
Aqrobiznes festivallarında indiyədək 300-dən çox şirkət iştirak edib
Azərbaycanda son 4 ildə 37 mindən çox vakansiya təhlil edilib
Cəmiyyət 11:17
Azərbaycanda son 4 ildə 37 mindən çox vakansiya təhlil edilib
Fazil Mustafa sahibkarların fəaliyyətinə mane olan problemləri açıqlayıb
Cəmiyyət 11:10
Fazil Mustafa sahibkarların fəaliyyətinə mane olan problemləri açıqlayıb
İlqar Bayramlı: Yeni peşə ixtisaslarına maraq digər ixtisaslarla müqayisədə iki dəfə yüksəkdir
Cəmiyyət 11:02
İlqar Bayramlı: Yeni peşə ixtisaslarına maraq digər ixtisaslarla müqayisədə iki dəfə yüksəkdir
Biləcəridəki Dəmiryol Xəstəxanasının yerində yeni infrastruktur yaradılacaq
Cəmiyyət 10:50
Biləcəridəki Dəmiryol Xəstəxanasının yerində yeni infrastruktur yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol