• $
  • €
  • ₽
  • ₺
  • £

İlqar Bayramlı: Yeni peşə ixtisaslarına maraq digər ixtisaslarla müqayisədə iki dəfə yüksəkdir

İlqar Bayramlı: Yeni peşə ixtisaslarına maraq digər ixtisaslarla müqayisədə iki dəfə yüksəkdir
18.11.2026 11:02

Azərbaycanda son 4 ildə peşə təhsili üzrə 33 yeni ixtisas yaradılıb. Bu ixtisaslar üzrə builki qəbul zamanı hər 10 yerə 113 müraciət daxil olub.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, digər ixtisaslar üzrə hər 10 yerə müraciət sayı 58 olub. Beləliklə, yeni ixtisaslara maraq ümumi göstərici ilə müqayisədə təxminən iki dəfə yüksəkdir.

Agentlik direktoru bildirib ki, hazırda peşə təhsili müəssisələrində 150 ixtisas üzrə qəbul həyata keçirilir. Yeni ixtisaslar əmək bazarının və iqtisadiyyatın müasir tələblərinə uyğun sahələri əhatə edir.

Bayramlı qeyd edib ki, son 5 ildə 75 təhsil proqramı hazırlanıb və yenilənib, 100-dən çox dərslik tələbələrin istifadəsinə verilib. Bu dərsliklərin təxminən 200 min nüsxəsi çap olunub.

O bildirib ki, bəzi proqramlar üzrə tələbələr peşə təhsili diplomu ilə yanaşı, beynəlxalq sertifikat əldə etmək imkanı da qazanırlar. Bu istiqamətdə “Pearson”, “HCA”, “City & Guilds” kimi beynəlxalq qurumların sertifikatları təqdim olunur.

Agentlik direktoru yüksək texniki peşə təhsilinin peşə təhsili ilə ali təhsil arasında körpü rolunu oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu təhsil pilləsində məzunlara subbakalavr peşə ixtisas dərəcəsi verilir, kredit əsaslı tədris sistemi tətbiq olunur və məzunlar ali təhsil müəssisələrinə keçid imkanı əldə edirlər.

Bayramlı əlavə edib ki, cari ildə yüksək texniki peşə təhsili üzrə təhsil alan tələbələrin ümumi sayı 10 mini ötüb.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fazil Mustafa sahibkarların fəaliyyətinə mane olan problemləri açıqlayıb
Cəmiyyət 11:10
Fazil Mustafa sahibkarların fəaliyyətinə mane olan problemləri açıqlayıb
Biləcəridəki Dəmiryol Xəstəxanasının yerində yeni infrastruktur yaradılacaq
Cəmiyyət 10:50
Biləcəridəki Dəmiryol Xəstəxanasının yerində yeni infrastruktur yaradılacaq
Zaur Əliyev: Peşə təhsili aqrar sektorda yeni sahibkarların formalaşmasına imkan yarada bilər
Cəmiyyət 10:41
Zaur Əliyev: Peşə təhsili aqrar sektorda yeni sahibkarların formalaşmasına imkan yarada bilər
Zaur Əliyev: Aqrar sektorda peşə təhsilli kadrlara tələbat artır
Cəmiyyət 10:35
Zaur Əliyev: Aqrar sektorda peşə təhsilli kadrlara tələbat artır
Peşə təhsili alanların sayı 40 min nəfərə çatıb
Cəmiyyət 10:27
Peşə təhsili alanların sayı 40 min nəfərə çatıb
Dövlət satınalmaları üzrə 9 ayda 500 mln. manatdan çox vəsaitə qənaət edilib
Cəmiyyət 10:24
Dövlət satınalmaları üzrə 9 ayda 500 mln. manatdan çox vəsaitə qənaət edilib
Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Cəmiyyət 10:09
Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Samuxda iki avtomobil toqquşub, ölən var
Cəmiyyət 20:33
Samuxda iki avtomobil toqquşub, ölən var
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir
Cəmiyyət 19:47
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol