• $
  • €
  • ₽
  • ₺
  • £

Zaur Əliyev: Peşə təhsili aqrar sektorda yeni sahibkarların formalaşmasına imkan yarada bilər

Zaur Əliyev: Peşə təhsili aqrar sektorda yeni sahibkarların formalaşmasına imkan yarada bilər
18.11.2026 10:41

Peşə təhsilinin real sektorun ehtiyaclarına uyğun qurulması aqrar sahədə yeni sahibkarların formalaşmasına və regionlarda məşğulluğun artırılmasına töhfə verə bilər. Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Peşə Təhsili Forumu 2026”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aqrar sektorda çalışan əhalinin böyük hissəsi regionlarda məskunlaşıb. Buna görə də kənd təsərrüfatına yalnız iqtisadi gəlir və məşğulluq mənbəyi kimi deyil, həm də regionların inkişafı və kənd yerlərində əhalinin məskunlaşmasının qorunması baxımından yanaşılmalıdır.

Nazir müavini bildirib ki, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tədris prosesinin real sektorun ehtiyaclarına uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, peşə təhsili alanların real iş mühitində formalaşması onların əmək bazarında iş tapmaq imkanlarını artırmaqla yanaşı, gələcəkdə aqrar sektorda sahibkar kimi fəaliyyət göstərmələrinə də şərait yarada bilər.

“Əgər təhsil prosesi real sektora nə qədər yaxın qurularsa, gələcəkdə məzunlarımız aqrar sahədə sahibkar olmaqla məşğulluq da yarada bilərlər. Bu, kənd yerlərində əhalinin qalması, məşğulluğun təmin edilməsi və gəlirlərin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”, – o bildirib.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləcəridəki Dəmiryol Xəstəxanasının yerində yeni infrastruktur yaradılacaq
Cəmiyyət 10:50
Biləcəridəki Dəmiryol Xəstəxanasının yerində yeni infrastruktur yaradılacaq
Zaur Əliyev: Aqrar sektorda peşə təhsilli kadrlara tələbat artır
Cəmiyyət 10:35
Zaur Əliyev: Aqrar sektorda peşə təhsilli kadrlara tələbat artır
Peşə təhsili alanların sayı 40 min nəfərə çatıb
Cəmiyyət 10:27
Peşə təhsili alanların sayı 40 min nəfərə çatıb
Dövlət satınalmaları üzrə 9 ayda 500 mln. manatdan çox vəsaitə qənaət edilib
Cəmiyyət 10:24
Dövlət satınalmaları üzrə 9 ayda 500 mln. manatdan çox vəsaitə qənaət edilib
Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Cəmiyyət 10:09
Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Samuxda iki avtomobil toqquşub, ölən var
Cəmiyyət 20:33
Samuxda iki avtomobil toqquşub, ölən var
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir
Cəmiyyət 19:47
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir
Lənkəranda ev yanıb
Cəmiyyət 18:57
Lənkəranda ev yanıb
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
Cəmiyyət 18:35
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol