• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib

Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib
16.11.2026 16:26

Milli Məclisin deputatı Zahid Oruc dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakını təmin etmək üçün hökumətə ayrıca fəaliyyət proqramı hazırlamağı təklif edib.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq maliyyə əməliyyatlarının və regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkədə fəaliyyət göstərməsinə imkan verir. Onun fikrincə, “Mercedes-Benz”in regional istehsal və mühəndislik mərkəzi, Almaniyanın “Deutsche Bank”ının və Britaniyanın “Barclays” bankının regional filialları Bakıda yaradıla bilər.

Zahid Oruc qeyd edib ki, sentyabrda Bakıda keçirilən II Beynəlxalq İnvestisiya Forumunda 33 trilyon dollardan artıq maliyyə resurslarını idarə edən qurumlar iştirak edib, iki gün ərzində 10,8 milyard dollarlıq potensial investisiya razılaşmaları əldə olunub.

O, Qazaxıstan və Özbəkistanı nümunə göstərərək bildirib ki, bu ölkələrdə xarici kapitalın iştirakı ilə çoxsaylı müəssisələr fəaliyyət göstərir. Deputatın sözlərinə görə, Özbəkistanda “J.P. Morgan”, “Citibank” və Almaniyanın “Commerzbank” kimi maliyyə institutlarının nümayəndəlikləri var. Həmçinin Qazaxıstanda “Hyundai” avtomobillərinin istehsal olunduğu müəssisədə 1300-dən çox insan çalışır, Özbəkistanda isə “BYD” ilə birgə yaradılan zavodun illik istehsal gücü 50 min avtomobildir.

Deputatın fikrincə, xarici investorların cəlbi üçün vergi və gömrük qanunvericiliyi ilə yanaşı, mülkiyyət hüquqlarının qorunması, maliyyə xidmətlərinin rəqabət qabiliyyəti və işgüzar mühitin proqnozlaşdırıla bilməsi də vacibdir.

Zahid Oruc ölkədə dövlət və özəl sektor arasındakı məşğulluq fərqinə də diqqət çəkib. O bildirib ki, kənd təsərrüfatı məşğul əhalinin 35,4 faizini əhatə etsə də, ÜDM-in cəmi 5,9 faizini yaradır. Karbohidrogen sektoru isə ÜDM-in 31,8 faizini formalaşdırdığı halda, məşğul əhalinin təxminən 1 faizini təşkil edir.

Deputat dövlət sektorunda çalışanların sayının azalmasının özəl sektorun imkanları ilə uzlaşdırılmasının vacibliyini vurğulayıb.

“2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 min nəfərdən çox olduğu halda, hazırda 837 min nəfər ətrafındadır. Təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 11,8 min nəfər artıb. Haqlı sual yaranır: dövlət sektorundan ayrılan əmək resurslarını özəl sektor hansı səviyyədə qəbul etməyə qadirdir?” – o bildirib.

Zahid Orucun sözlərinə görə, əsas problem dövlət sektorunun böyüklüyündən daha çox özəl sektorun kifayət qədər genişlənə bilməməsidir. O hesab edir ki, dövlət sektorunun iqtisadiyyatda nisbi çəkisini azaltmağın daha sağlam yolu ştatların süni şəkildə ixtisar edilməsi deyil, özəl sektorda yüz minlərlə yeni iş yerinin yaradılmasıdır.

Deputat təklif edib ki, dövlət sektorunda ixtisarların meyarları əvvəlcədən kollektivlərə açıqlansın, təcrübəli mütəxəssislər vahid kadr ehtiyatı bazasına daxil edilərək digər dövlət qurumlarındakı vakant vəzifələrə yönləndirilsin. O, həmçinin hökumətin son beş ildə aparılan optimallaşdırma tədbirlərinin sosial-iqtisadi nəticələrini ayrıca qiymətləndirməsini vacib sayıb.

Çıxışında iqtisadi suverenlik və milli istehsal məsələlərinə də toxunan deputat bildirib ki, 2025-ci ildə ərzaq idxalına 2,6 milyard dollar xərclənib.

“Dünya Bankının araşdırmasına görə, Azərbaycanda müəssisələrin orta yaşı 11,8 il, Avropa və Mərkəzi Asiya regionunda isə 21,6 ildir. KOBİA-nın sorğusuna görə, müəssisələrin yalnız 18,5 faizi 11 il və daha artıq fəaliyyət göstərdiyini bildirib”, – Zahid Oruc qeyd edib.

Deputat hər il yaradılan müəssisələrin neçə faizinin beş, on, iyirmi və otuz il fəaliyyətini davam etdirə bildiyinə dair göstəricilərin büdcə sənədlərində ayrıca əks olunmasını, nəsildən-nəslə ötürülən və beynəlxalq bazarlarda möhkəmlənən milli sənaye markalarının sayının artırılmasını arzuladığını bildirib.

“Siyasi müstəqilliyi təmin edən iqtisadi suverenlikdir. Milli istehsalımızı gücləndirdikcə xarici bazarlardan asılılığımız azalacaq”, – deputat vurğulayıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Siyasət 11:21
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Parlamentdə büdcə müzakirələri başlayıb
Siyasət 11:05
Parlamentdə büdcə müzakirələri başlayıb
Vəkil Elçin Əmirov həbs edilib
Siyasət 10:48
Vəkil Elçin Əmirov həbs edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:34
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident radio və televiziya işçilərini təbrik edib
Siyasət 19:44
Prezident radio və televiziya işçilərini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol