Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub

Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə əlaqə yaradıb. Onun Rusiya tərəfdən həmsöhbəti xarici işlər nazirinin müavini Mixail Qaluzin olacaq. Bu barədə “İzvestiya” qəzeti Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Biz Giorgi Zurabaşvili ilə əlaqə qurmuşuq. Onun rusiyalı həmkarı artıq müəyyən edilib: bu, Rusiya Federasiyası xarici işlər nazirinin Cənubi Qafqaz üzrə koordinasiya üzrə müavini Mixail Qaluzindir. Rusiya həmişə Gürcüstanla praktik və qarşılıqlı faydalı münasibətlərin qurulmasının tərəfdarı olub”, – nazirlikdən bildirilib.
Rusiya XİN-in məlumatına görə, tərəflər ticarət, turizm, nəqliyyat kommunikasiyaları və mədəni mübadilələrin genişləndirilməsi kimi praktiki məsələlərə diqqət yetirəcəklər.

Son xəbərlər 
Daha çox 























