Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Kevin Hamiltonla görüşüb.
Bu barədə Hikmət Hacıyev “X” hesabında məlumat verib.
O bildirib ki, görüşdə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri, o cümlədən yeni əməkdaşlıq modellərinin hazırlanması zərurəti müzakirə olunub.
“Biz Azərbaycan və NATO arasında tərəfdaşlığın hazırkı vəziyyəti və perspektivləri, o cümlədən yeni əməkdaşlıq modellərinin hazırlanması zərurəti barədə konstruktiv fikir mübadiləsi apardıq”, – Hacıyev qeyd edib.
Onun sözlərinə görə, tərəflər Azərbaycanın NATO-nun fəal və etibarlı tərəfdaşı kimi rolunu, ölkənin hərbi potensialını və strateji coğrafi mövqeyini də müzakirə ediblər.
Görüşdə Azərbaycanın regional əlaqələrin inkişafına və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə də vurğulanıb.
Son xəbərlər 
Daha çox 























