Vəkil Elçin Əmirov həbs edilib

Azərbaycanda vəkil Elçin Əmirov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, dələduzluq və hədə-qorxu ilə tələb etmədə ittiham olunur. Bu barədə “Qafqazinfo” məlumat yayıb.
Məlumata görə, 9 saylı vəkil bürosunda fəaliyyət göstərən Elçin Əmirov polisə daxil olan vətəndaş şikayəti əsasında saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədildikdə dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
Vəkil hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, iki gün əvvəl vəkil Raman Abışov da həbs edilib. O, hədə-qorxu ilə tələb etmədə ittiham olunur.
Son xəbərlər 
Daha çox 























