Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq

Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq.Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib.
"Estoniya dekabrın 1-də Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq", - nazir yazıb.
Tsahkna bu qərarı noyabrın 14-nə keçən gecə Estoniyanın müdafiə şirkətinə qarşı baş verdiyini bildirdiyi "təxribat hücumu" ilə əlaqələndirib.
Nazir qərar barədə Finlandiya, Latviya və Litvadakı həmkarlarını məlumatlandırdığını da qeyd edib.
Son xəbərlər 
Daha çox 























