• $
  • €
  • ₽
  • ₺
  • £

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
13.11.2026 14:29

Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 2028-ci il İllik İclası Dövlət Neft Fondunun (ARDNF) ev sahibliyi ilə Bakıda keçiriləcək.

Bu barədə qərar noyabrın 11–13-də Yunanıstanın paytaxtı Afinada keçirilən SFBF-nin 18-ci İllik İclası çərçivəsində baş tutan səsvermənin nəticələrinə əsasən qəbul edilib.

2028-ci ildə keçiriləcək tədbir suveren fondların fəaliyyətini tənzimləyən Santyaqo Prinsiplərinin qəbul edilməsinin 20-ci ildönümünə təsadüf edəcək.

ARDNF Forumun təsisçi üzvlərindən biridir və təşkilatın fəaliyyətində yarandığı dövrdən fəal iştirak edir.

2009-cu ildə yaradılan Suveren Fondların Beynəlxalq Forumu suveren fondlar arasında əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə və beynəlxalq investisiya təcrübələrinin təşviqinə xidmət edir. Forumun fəaliyyətinin əsasını şəffaflıq, hesabatlılıq və səmərəli idarəetmə prinsiplərini əhatə edən 24 Santyaqo Prinsipi təşkil edir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb
Siyasət 19:30
İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb
İlham Əliyev Volodimir Zelenski ilə görüşüb
Siyasət 16:10
İlham Əliyev Volodimir Zelenski ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol