Bakıda güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb

Bakıda noyabrın 15-i axşam saatlarından başlayan güclü külək nəticəsində 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən “Report”un sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, güclü külək bütün gecə davam edib. Bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçiriblər.
Hadisə yerlərinə növbətçi briqadalar cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazilərdən götürülüb, təmizlik işləri aparılıb.
Həmçinin piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək ağac qalıqları aradan qaldırılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları güclü küləkli hava şəraitinin davam etməsi ehtimalını nəzərə alaraq şəhərin yaşıllıq ərazilərində nəzarət və monitorinq tədbirlərini davam etdirirlər.
Son xəbərlər 
Daha çox 























