• $
  • €
  • ₽
  • ₺
  • £

Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb

Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
15.11.2026 16:59

Ordubad rayonunda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər xəsarət alıb.Bu barədə "Report" xəbər verir.

Hadisə rayonun Dırnıs kəndində baş verib.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bildirilib ki, xəsarət alanlar yas mərasimində iştirak etmək üçün yola düşüblər.

Qəzada 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Gülər Hacıyeva xəsarət alıblar.

Hazırda yaralıların tibbi müayinəsi davam etdirilir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol