Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər

Deputat İlham Məmmədov Yevlaxda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçdiyi ərazidə sakinlər üçün yeraltı keçidin tikilməsini təklif edib.
Deputat bildirib ki, dəmir yolu xətti sakinlərin hərəkətində çətinlik yaradır. Nəticədə insanlar cəmi 25 metr məsafəni qət etmək üçün 8-10 kilometr yol getməli olurlar.
“Bu məsələni dəfələrlə qaldırmışam, amma problem hələ də həll olunmayıb. Həmin ərazidə yeraltı keçidin tikilməsinə ehtiyac var”, – İlham Məmmədov deyib.

























