• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib

Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib
17.11.2026 11:52

Deputat Sevinc Fətəliyeva Hövsan və Yeni Suraxanı qəsəbələrində su-kanalizasiya şəbəkəsinin yenilənməsi, yolların təmiri, məktəblərin genişləndirilməsi və yeni sosial obyektlərin tikintisi ilə bağlı məsələlərin 2027-ci ilin investisiya və infrastruktur proqramlarına daxil edilməsini təklif edib.

Deputat bildirib ki, hər iki qəsəbədə sakinlərin əsas problemlərindən biri köhnəlmiş su xətləri və kanalizasiya şəbəkəsidir. O, mərkəzləşdirilmiş su və kanalizasiya sistemlərinin qurulmasının, qəsəbədaxili yolların təmirinin və küçələrin işıqlandırılmasının vacibliyini vurğulayıb.

Sevinc Fətəliyeva Hövsan kanalının vəziyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, kanalın açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, məişət və texniki suların Xəzər dənizinə axıdılması isə ekoloji problemlər yaradır. Deputat kanalın yenidən qurulmasını və müasir təmizləyici qurğuların tikilməsini təklif edib.

O, təhsil müəssisələrindəki sıxlığın aradan qaldırılmasının da vacib olduğunu bildirib. Deputatın sözlərinə görə, Hövsandakı 118 saylı və Yeni Suraxanıdakı 316 saylı tam orta məktəblərdə əlavə tədris korpuslarının tikilməsinə ehtiyac var.

Bundan başqa, əhalinin artması nəzərə alınaraq ərazidə müasir xəstəxananın tikilməsi və ya mövcud poliklinika və sağlamlıq mərkəzlərinin imkanlarının genişləndirilməsi təklif olunur.

Deputat əvvəlki dövlət proqramlarında nəzərdə tutulsa da, icrası tamamlanmayan layihələrin də yenidən nəzərdən keçirilməsini istəyib. Bunlara Hövsanda yeni məktəb və uşaq bağçalarının tikintisi, 203 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulması, Yeni Suraxanıda isə yeni uşaq bağçasının inşası daxildir.

Sevinc Fətəliyeva Suraxanı Rayon İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış 1 376 hektardan artıq ərazidə sosial infrastrukturun yaradılmasının vacibliyini də qeyd edib. Bildirib ki, həmin ərazilərdə məktəb, uşaq bağçası, poliklinika, kitabxana, mədəniyyət evi, poçt və digər zəruri xidmət obyektləri yoxdur.

Deputat həmçinin iş axtaran, lakin peşə bacarıqları olmadığı üçün iş tapa bilməyən gənclər üçün rayonda müasir texniki peşə təhsili mərkəzinin yaradılmasını təklif edib.

O, sadalanan məsələlərin həlli üçün kompleks infrastruktur planının hazırlanmasını və layihələrin 2027-ci ilin müvafiq investisiya proqramlarına daxil edilməsini vacib sayıb.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Cəmiyyət 12:07
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Bakıda 8 aylıq hamilə qadın ölüb
Cəmiyyət 11:44
Bakıda 8 aylıq hamilə qadın ölüb
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 11:28
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb
Deputat kiçik sahibkarlar üçün yeni bazar dəstəyi proqramı istəyir
Cəmiyyət 11:17
Deputat kiçik sahibkarlar üçün yeni bazar dəstəyi proqramı istəyir
Gürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:41
Gürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Cəmiyyət 10:39
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Cəmiyyət 10:22
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 22:39
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Cəmiyyət 22:27
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol