• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyev 14 illik şərti cəzadan apellyasiya şikayəti verib

Ramiz Mehdiyev 14 illik şərti cəzadan apellyasiya şikayəti verib
18.11.2026 10:36

Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və korrupsiya ilə bağlı cinayətlərdə təqsirli bilinərək 14 il şərti azadlıqdan məhrum edilən Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Bu barədə Qafqazinfo məlumat yayıb.

Şikayət ərizəsində cinayət işinə yenidən baxılması, əməllərinə hüquqi qiymət verilməklə daha yüngül qərar çıxarılması xahiş olunub.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Prosesin tarixi hələ məlum deyil.

Uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmış Ramiz Mehdiyevin barəsində cinayət işi ötən il başlanıb. Dövlət Təhlükəsizliyi Xidməti onun dövlət çevrilişinə cəhdlə bağlı fəaliyyəti barədə səs yazıları yayıb.

Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib.

Məhkəmə onun yaşını və səhhətini nəzərə alaraq 14 il şərti cəza təyin edib. Həmçinin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi və üzərinə həbs qoyulmuş əmlakının müsadirə olunması barədə qərar qəbul edilib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Siyasət 23:11
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Siyasət 20:34
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:29
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Siyasət 18:05
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
Siyasət 17:34
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
İlham Əliyev bu sənədləri təsdiqləyib
Siyasət 15:53
İlham Əliyev bu sənədləri təsdiqləyib
Ərlərinin xidmət etdiyi yerdə iş tapa bilməyən hərbçi xanımlarına aylıq müavinət təklif olunur
Siyasət 15:29
Ərlərinin xidmət etdiyi yerdə iş tapa bilməyən hərbçi xanımlarına aylıq müavinət təklif olunur
Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Siyasət 14:27
Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Almaniya XİN başçısı Azərbaycana gələcək
Siyasət 13:17
Almaniya XİN başçısı Azərbaycana gələcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol