• $
  • €
  • ₽
  • ₺
  • £

Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına töhfə verəcək - Birgə məlumat

Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına töhfə verəcək - Birgə məlumat
18.11.2026 13:15

Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına töhfə verəcək. Bu barədə Meşələrin İnkişafı Xidməti və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, son illər Azərbaycanda təhsil müəssisələrinin istilik təminatının yaxşılaşdırılması, alternativ yanacaq növlərindən istifadənin genişləndirilməsi, ətraf mühitə dost texnologiyaların, eyni zamanda müasir istilik sistemlərinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilir.

Bu istiqamətdə təhsil müəssisələrinin istilik təminatının yaxşılaşdırılması üçün sistemli tədbirlər aparılır. Görülən işlər çərçivəsində təhsil müəssisələrinin bir hissəsi qazlaşdırılıb, odun yanacağı ilə qızdırılan təhsil müəssisələri isə alternativ yanacaq növü olan pelletdən istifadəyə keçid edib.

Vurğulanıb ki, pellet yanacağından istifadə ağac materialına olan tələbatın azalması və meşə ehtiyatlarının qorunması baxımından önəmli töhfədir. Bununla yanaşı, daha aşağı rütubət səviyyəsi, temperaturun asanlıqla tənzimlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir ki, bu da özlüyündə təhsil müəssisələrində istiliyin daha səmərəli, stabil və çevik şəkildə təmin olunmasına şərait yaradır.

Statistik göstəricilərə əsasən, 2023-cü ildə ölkə üzrə odun yanacağı ilə qızdırılan təhsil müəssisələrinin sayı 2065 olduğu halda, 2026-cı ildə bu göstərici sıfıra enib. Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur, digər müvafiq təhsil müəssisələrinin istilik təminatı isə qazlaşdırma hesabına həyata keçirilir.

"Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına, odun yanacağına tələbatın azaldılmasına və istilik təminatında alternativ yanacaq növlərinin tətbiqinin genişləndirilməsinə mühüm töhfə verir.

Təhsil müəssisələrində odun yanacağından istifadəsinin dayandırılması ətraf mühitin mühafizəsi baxımından müsbət təcrübə olmaqla, odun yanacağından istifadə edən digər təşkilatlar üçün də nümunəvi yanaşma ola bilər", - məlumatda qeyd olunub.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şahin Babayev: Hər il 600 peşə təhsili tələbəsi dəmir yollarında təcrübəyə cəlb olunur
Cəmiyyət 13:22
Şahin Babayev: Hər il 600 peşə təhsili tələbəsi dəmir yollarında təcrübəyə cəlb olunur
Anar Əliyev: Azərbaycanda 600 minə yaxın əmək müqaviləsi rəsmiləşdirilib
Cəmiyyət 13:15
Anar Əliyev: Azərbaycanda 600 minə yaxın əmək müqaviləsi rəsmiləşdirilib
Peşə seçimi əmək bazarının tələblərinə uyğun aparılmalıdır-nazir
Cəmiyyət 13:11
Peşə seçimi əmək bazarının tələblərinə uyğun aparılmalıdır-nazir
Emin Əmrullayev: Sertifikasiyadan keçməyən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləridir
Cəmiyyət 13:06
Emin Əmrullayev: Sertifikasiyadan keçməyən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləridir
AZCON: 800 sürücünün işə götürülməsinə ehtiyac var
Cəmiyyət 13:04
AZCON: 800 sürücünün işə götürülməsinə ehtiyac var
Anar Əliyev: 2030-cu ilədək peşə hazırlığına cəlb olunanların sayı 25 minə çatdırılacaq
Cəmiyyət 12:55
Anar Əliyev: 2030-cu ilədək peşə hazırlığına cəlb olunanların sayı 25 minə çatdırılacaq
Sabaha olan hava proqnozu açıqlanıb
Cəmiyyət 12:44
Sabaha olan hava proqnozu açıqlanıb
Azərbaycanda on minlərlə insan peşə və ixtisas sahibi ola bilmir- Emin Əmrullayev
Cəmiyyət 12:42
Azərbaycanda on minlərlə insan peşə və ixtisas sahibi ola bilmir- Emin Əmrullayev
Azərbaycanda 32 məktəb və bağçada istilik yoxdur
Cəmiyyət 12:38
Azərbaycanda 32 məktəb və bağçada istilik yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol