Azərbaycanda 180 min uşaqda xəstəlik aşkar edilib
"Bu ilin 9 ayı ərzində uşaqların 70 faizi icbari dispanserizasiyadan keçib”
AzVision.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini bildirib ki, dispanserizasiya zamanı 180 min uşaqda müxtəlif – anemiya, görmə qüsurları və s. xəstəliklər aşkarlanıb, 68 min uşaq dispanser qeydiyyatına götürülüb.
"İnsanlar çox zaman xəstəlikdən sonra həkimə üz tuturlar. Bu, həm böyüklərə, həm də uşaqlara aiddir. Qeyd etməliyəm ki, ölkənin 7,2 milyon böyük əhalisinin 5,5 milyonu sağlamlaşdırma tədbirlərinə cəlb olunub. Onların bir hissəsi sağlam həyata qayıdıb, digərləri isə dispanser müşahidəyə götürülüb”, - deyə E. Ağayev qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !