2 milyondan çox vətəndaşın əməkhaqqı və sosial ödənişləri artacaq

19:15 | 24.09.2024
2 milyondan çox vətəndaşın əməkhaqqı və sosial ödənişləri artacaq

2 milyondan çox vətəndaşın əməkhaqqı və sosial ödənişləri artacaq

2025-ci ildə Azərbaycanda əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

"Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43 %-ni təşkil edir.
Müasir-innovativ təhsilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha böyük vəsait nəzərdə tutulmuşdur.
Ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması üçün zəruri maliyyə təminatının yaradılması xüsusi önəm daşıyır", - deyə o qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür