ANS TV-nin məlumatına görə, bir müddət əvvəl "20 yanvar” dairəsində başlanılan təmir işləri artıq sona çatıb. Nəqliyyat vasitələrinin sərbəst gediş-gəlişini təmin etmək və tıxacların aradan qaldırılması üçün əlavə tədbirlər görülüb.
Əvvəllər Sumqayıt istiqamətindən yan yolla şəhərə, "20 yanvar” dairəsindən daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərini davam etdirirdilər. Nəticədə həmin istiqamətdə böyük tıxac yaranırdı. Bunun qarşısını almaq üçün nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib.
Belə ki, "Şamaxinka” adlanan ərazidən "20 yanvar” dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən hərəkətlərinə davam edə biləcəklər.
Dairədə hərəkətdə olan nəqliyyat vasitələri isə həmin istiqamətdən gələn nəqliyyat vasitələrini gözləmək məcburiyyətində qalacaq.
Sözügedən ərazidə yeni asfalt-beton örtüyü çəkilib və yol nişanları quraşdırılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !