Bakı-Sumqayıt dəmir yolu hasara alınacaq - VİDEO

18:02 | 24.09.2015
Bakı-Sumqayıt dəmir yolu hasara alınacaq - VİDEO

Bakı-Sumqayıt dəmir yolu hasara alınacaq - VİDEO

Ancaq görülən işlərdən sonra qatarların sürəti artırılacaq

Baş verə biləcək hadisələrin qarşısının alınması üçün Bakı-Sumqayıt yolunda bir sıra tədbirlər həyata keçiriləcək.

ANS TV-nin məlumatına görə, "Dəmiryolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, növbəti aylar ərzində qatarın keçdiyi yaşayış yerlərində dəmir yolu xəttinin ətrafında, təhlükəsizlik üçün çəpərlər tikiləcək. Çəpərlənmə işləri "Koroğlu” stansiyasına qədər həyata keçirilib. Bu işlər davam etdiriləcək. İnsanlar bu qatarın sürətindən məlumatsız olduqları üçün dəmir yolu xəttinə çıxırlar. Nəticədə xoşagəlməz hadisələrin sayının çox olacağını qaçılmaz edir. Yalnız bundan sonra qatarların sürəti də artırılacaq.

Nadir Əzməmmədov qeyd edib ki, qatarların hərəkəti qurlaşdırılan müşahidə kamerası vasitəsilə izlənilir. 

Həmçinin ərazilərdə yaşayan insanlarla da görüşlər keçirilir və sakinlər təlimatlandırılır. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb