Məhkəmə MTN generalının müraciətini geri qaytarıb

19:13 | 03.05.2024
Məhkəmə MTN generalının müraciətini geri qaytarıb

Məhkəmə MTN generalının müraciətini geri qaytarıb

Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) Antiterror Mərkəzinin rəisi, 10 il 6 ay azadlıqdan məhrum edilmiş general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürlməsi üçün məhkəməyə müraciət edib.

"Qafqazinfo”nun məlumatına görə, müraciətə Xəzər Rayon Məhkəməsində baxılıb.

Lakin məhkəmə generalın şikayətini geri qaytarıb. Ona görə ki, Elçin Quliyev ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Qanuna görə o, ciddi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilməz.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkuma nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində fəal iştirakına görə cəzaçəkmə müəssisəsi müdiriyyətinin qərarı ilə əmək məzuniyyətini cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) keçirməyə icazə verilə bilər.

MTN generalı Quliyev 2015-ci ildə həbs edilib. Külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə ittiham olunan general 10 il 6 ay azadlıqdan məhrum edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb