Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb

16:08 | 21.05.2024
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb

Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb

Tərtərin Həsənqaya kəndi yaxınlığında heyvanları şəxs minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
 

"1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır", - açıqlamada qeyd olunub. 

ANAMA, AR DİN və Baş Prokurorluq vətəndaşları bir daha diqqətli olmağa çağırır. 
 
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 351 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 
 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM