• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Osman Gündüz internetin bahalaşmasına etiraz etdi

Osman Gündüz internetin bahalaşmasına etiraz etdi
18.07.2024 14:51
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz  "Aztelekom” və "Baktelekom” yüksək sürətə görə qiymətlərnin artırılmasını doğru qərar adlandırmayıb. Bu barədə Osman Gündüz öz sosial hesabında paylaşım edib.  
 
"Dövlət və özəl provayderlər sanki bir yarışa girməklə, sanki bir separat sövdələşmə etməklə internetin sürətini və qiymərtini gələn aydan birdən birə 40% qaldırmaq istəyirlər. Təklif olunan isə  minimal 100 Mb/s üçün 25 manat olacaq. Görünür ki provayderlər, o cümlədən dövlət provaydreləri də bir anda varlanmaq xətti götürüblər. Baxırlar ki hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki onlar niyə etməməlidirlər. Bütün bunlar isə düşünürəm ki, doğru bir yanaşma deyil, yəni "yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Xüsusən də regionlar üçün. Hamı üçün minimal sürəti 100 Mbit/s  etməklə hansıa beynəlxalq reytinqlərdə yükəsk yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir. Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. Bu birmənalıdır. Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən kimin ağlına gəlib. Hansı təfəkkürün məhsuludur bu? İndi mən sual edirəm hökumətə, kəndə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-ni olmayan, min cür əziyyətlə çörəkpulu - gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansıa bir onlayn xidmətlərdən yaralanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan  bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı?", - Osman Gündüz bildirib. 
 
Osman Gündüz vurğulayıb ki, dövlətə məxsus olan bu internet şəbəkəsinin sahibi elə siyasət qurmalıdır ki, istifadə və qiymətlər hamı üçün əlçatan olsun.
 
Hazırda Azərbaycanda internetin minimal qiyməti 18 manat müəyyən edilib. Bu ödənişlə vətəndaşlar 40 Mbit/s sürət ala bilirlər.  
 
Yeni qərardan sonra vətəndaşlar 100Mb/s üçün 25 manat olacaq. 


Gülnar Nazimqızı 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol