• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb

XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
06.07.2025 20:50

3–4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Davamlı və İqlimə dayanıqlı Gələcək naminə İƏT-in Yeni Baxışı” mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.

İƏT-in 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommunikesi qəbul edilib.

Xankəndi Kommunikesində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib.

Kommünikedə bununla yanaşı, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.

Zirvə görüşünün mövzusuna uyğun olaraq, İƏT-in gələcək gündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsas prioritetlər kimi müəyyən edilib.

İƏT regionunun qadın liderlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın ekoloji təşəbbüsləri, xüsusilə "SıfırTullantı" təşəbbüsü yüksək qiymətləndirilib.

Kommünikedə İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması və İƏT Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi vacib hesab edilib.

Sənəddə “İƏT Sərmayə”, Ticarət və Sənaye Palatalar Şurası, vahid informasiya məkanı, İƏT Ticarət və İnkişaf Bankının mandatının gücləndirilməsi dəstəklənib.

Dayanıqlı şəhərsalma və Bakıda növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.

Xankəndi Kommünikesi ilə aşağıdakı internet keçiddə tanış olmaq mümkündür:

//eco.int/wp-content/uploads/2025/07/5-065-25-1.pdf

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
Siyasət 11:45
İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
İlham Əliyev Ərdoğana zəng edib
Siyasət 21:10
İlham Əliyev Ərdoğana zəng edib
Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin adından saxta xəbərlər yayılır
Siyasət 19:43
Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin adından saxta xəbərlər yayılır
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb
Siyasət 18:22
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb
İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq - KİV
Siyasət 17:33
İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq - KİV
Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb
Siyasət 16:13
Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb
Prezident Əl Şaraa ilə görüşüb - Yenilənib
Siyasət 15:19
Prezident Əl Şaraa ilə görüşüb - Yenilənib
Suriya Prezidenti Azərbaycana gəlib
Siyasət 13:06
Suriya Prezidenti Azərbaycana gəlib
İqtisadi Şuranın iclası keçirildi
Siyasət 19:30
İqtisadi Şuranın iclası keçirildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol