• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub

Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
30.10.2026 12:42

Milli Məclisin deputatı Aqil Abbas Ağdam və digər işğaldan azad edilmiş ərazilərdə yeni tikilən evlərin bölgüsü zamanı vaxtilə başqa rayonlara köçmüş, lakin əslən həmin ərazilərdən olan şəxslərin də nəzərə alınmasını təklif edib. Spiker Sahibə Qafarova isə deputatın məsələni qanun layihəsinin müzakirəsi zamanı gündəmə gətirməsinə etiraz edib.

 Aqil Abbas parlamentdə çıxışı zamanı Ağdamdan olan bir sıra şəxslərin məcburi köçkün statusu daşımadıqları üçün doğma yurdlarında tikilən evlərdən yararlana bilmədiklərini bildirib.

Deputat qeyd edib ki, onun atasının Ağdam şəhərinin mərkəzində altıotaqlı evi və səkkiz sot torpaq sahəsi olub. Buna baxmayaraq, ailə üzvlərinə yeni tikilən evlərdən ayrılmır.

“Deməli, mən Ağdamda atamın yurdunda bina tikirlər, amma buradan mənə ev düşmür. Deməli, mən gedib Ağdamdan öz cibimin puluna ev almalıyam. Niyə?”,- deputat deyib. 

Aqil Abbas bildirib ki, özü 1970-ci ildən Bakıda yaşayır və məcburi köçkün statusu daşımır. Onun sözlərinə görə, iş və ailə vəziyyəti ilə əlaqədar başqa rayonlarda qeydiyyata düşən Ağdam sakinlərinin də bir qismi bu səbəbdən doğma yurdlarına qayıdış zamanı ev ala bilmir.

Deputatın sözlərinə görə, eyni vəziyyət onun qardaşları və bacıları, eləcə də digər Ağdam və Füzuli sakinləri ilə bağlı da yaşanır.

“Bu dəqiqə Ağdamda böyük tikinti gedir, təkcə Ağdamda yox, Füzulidə, hər yerdə. Adam gedir, ürəyi açılır. İlk əvvəl zirzəmidə yaşayanlar, sonra həyat şəraiti, məişət şəraiti yaxşı olmayanlar köçürülür. Bunu alqışlayıram. Amma məsələ nədir?” - deputat bildirib.

Aqil Abbas vurğulayıb ki, vaxtilə iş və ailə səbəbindən başqa rayonlarda məskunlaşan şəxslərin qeydiyyatının dəyişməsi onların doğma torpaqlarında ev almaq imkanına təsir etməməlidir. O, qaçqın və məcburi köçkün statusu ilə bağlı məsələyə yenidən baxılmasını istəyib.

“Bu məsələyə baxılsın. İndi Ağdamda yüz minlik şəhər tikilir. Kim köçür oraya? Təxminən 10 min Ağdamlının Ağdama qeydiyyatı yoxdur, gediblər başqa rayonlarda vəzifə ilə bağlı, işlə bağlı”, - deyə deputat əlavə edib.

Spiker Sahibə Qafarova isə Aqil Abbasın çıxışına etiraz edib. O, deputatdan ev verilməyən şəxslərin siyahısını hazırlamağı istəyib və Ağdamda görülən işlərə kölgə salınmamasını vurğulayıb.

“Siz deyirsiniz ki, Ağdamlılara söz vermişəm, o bir siyahını xahiş edirəm tərtib eləyin ki, kimə verməyiblər. Niyə bu qədər ləkə salırsınız? Bu qədər iş görülür. Ağdamlılar köçməyəndə kim köçür? Hardan gətirirlər, hansı ölkədən gətirib ora məskunlaşdırırlar onları?” - Sahibə Qafarova bildirib.

Spiker qeyd edib ki, Aqil Abbas bu məsələni daha əvvəl də parlamentdə qaldırıb və ona həmin vaxt da Ağdamda kimin məskunlaşdırıldığı barədə sual verib.

“Yəni sizin ayrı bir imkanınız yox idi ki, bu məsələni vəkillərlə danışasınız? Bunu qaldırmaq üçün gərək elə bu gün, bu qanun burada müzakirə olunanda deyərdiniz?” - Sahibə Qafarova deputata müraciətində deyib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Cəmiyyət 13:21
Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Cəmiyyət 13:20
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır
Cəmiyyət 13:11
Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır

Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Cəmiyyət 13:09
Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Cəmiyyət 12:42
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Cəmiyyət 12:32
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Cəmiyyət 11:55
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
Cəmiyyət 11:46
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Cəmiyyət 11:36
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol