Yeni Ombudsman onlardan biri olacaq
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə seçki məsələsi müzakirəyə çıxarılıb.
İclasda hazırkı ombudsman Səbinə Əliyeva, hüquqşünas alim, professor, hüquq elmləri doktoru və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev, həmçinin Ali Məhkəmənin hakimi və Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevanın namizədlikləri nəzərdən keçirilir.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili yeddi il müddətinə seçilir. Səbinə Əliyeva ilk dəfə 2019-cu ildə ombudsman seçilib. Onun səlahiyyət müddəti noyabrın 29-da başa çatır.
Azərbaycan qanunvericiliyinə görə, ombudsman Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir.
Gülnar Nazimqızı