• $
  • €
  • ₽
  • ₺
  • £

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxunub

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxunub
19.11.2026 16:51

Bakıda “Baksol yolu" adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölməsi ilə bağlı açılan cinayət işi üzrə ittiham edilən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Azər Cümşüdov 3 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Prokuror təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

2025-ci il iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.

Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstehlakçılara qaytarılan vəsait 315 min manata çatıb
Cəmiyyət 16:45
İstehlakçılara qaytarılan vəsait 315 min manata çatıb
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
Cəmiyyət 16:23
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək
Cəmiyyət 16:23
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək
Gələn ildən ambulator dərmanlar icbari sığorta ilə verilə bilər
Cəmiyyət 15:57
Gələn ildən ambulator dərmanlar icbari sığorta ilə verilə bilər
"QHT işi" üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub
Cəmiyyət 15:25
"QHT işi" üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Hasil Abbasov: İşəgötürənlərlə əməkdaşlıq inzibatçılıqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmalıdır
Cəmiyyət 14:24
Hasil Abbasov: İşəgötürənlərlə əməkdaşlıq inzibatçılıqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmalıdır
Azərbaycana gətirilən 293,4 kq şokoladlı meyvə məhsulu məhv edilib
Cəmiyyət 12:54
Azərbaycana gətirilən 293,4 kq şokoladlı meyvə məhsulu məhv edilib
Xocalının Daşbulaq kəndində tut bağlarında 250 nəfər işlə təmin olunub
Cəmiyyət 12:31
Xocalının Daşbulaq kəndində tut bağlarında 250 nəfər işlə təmin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox