• $
  • €
  • ₽
  • ₺
  • £

Hasil Abbasov: İşəgötürənlərlə əməkdaşlıq inzibatçılıqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmalıdır

Hasil Abbasov: İşəgötürənlərlə əməkdaşlıq inzibatçılıqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmalıdır
19.11.2026 14:24

Əmək bazarında iş yerlərinin həm kəmiyyət, həm də keyfiyyət baxımından artırılması, işəgötürənlərin gəlirlərinin və əməkhaqqı fondunun böyüdülməsi əsas hədəflərdəndir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov işəgötürənlərlə əməkdaşlığa həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Dövlət Məşğulluq Agentliyi işəgötürənlərlə əməkdaşlığı yalnız vakansiyaların ƏMAS-da yerləşdirilməsi və göndərişlərə geri dönüş edilməsi kimi inzibati məsələlərlə məhdudlaşdırmaq istəmir:

“Biz işəgötürənlərlə əməkdaşlığı inzibatçılıqdan daha çox strateji tərəfdaşlıq müstəvisində qurmaq istəyirik”.

Abbasov qeyd edib ki, Agentliyin aktiv məşğulluq tədbirlərinin bütün istiqamətlərində işəgötürənlərin maraqları nəzərə alınır. Bu çərçivədə əməkhaqqının birgə maliyyələşdirilməsi, kvotadan əlavə iş yerlərinin maliyyələşdirilməsi, məqsədli proqramlar, əmək yarmarkaları və peşə hazırlığı üzrə müxtəlif mexanizmlər tətbiq olunur.

Onun sözlərinə görə, Agentliyin məqsədi işəgötürənlərə dəstək verməklə yanaşı, məşğulluq proqramlarının benefisiarlarının gələcəkdə biznes subyektlərinə və işəgötürənlərə çevrilməsinə şərait yaratmaqdır.

Agentlik rəhbəri tədbirdə iştirak edən işəgötürənlərlə bağlı statistik göstəriciləri də açıqlayıb.

“Bu gün tədbirdə iştirak edən işəgötürənlərin ƏMAS-da 120 mindən çox əmək müqaviləsi bildirişi var. Onların arasında 94 işəgötürənin hazırda 9 105 aktiv vakansiyası mövcuddur. 200-dən çox işəgötürən isə cari il ərzində bizim göndərişlərimiz əsasında 75 min vətəndaşın məşğulluğunu təmin edib”, – deyə o bildirib.

Abbasov əlavə edib ki, tədbirə dəvət olunan biznes assosiasiyalarının portfelində ümumilikdə 3 mindən çox işəgötürən təmsil olunur.

O, sahibkarları formal əmək münasibətlərinin keyfiyyətinin yüksəldilməsinə, biznesin genişləndirilməsinə və işçilərin rifahının yaxşılaşdırılmasına töhfə verməyə çağırıb.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana gətirilən 293,4 kq şokoladlı meyvə məhsulu məhv edilib
Cəmiyyət 12:54
Azərbaycana gətirilən 293,4 kq şokoladlı meyvə məhsulu məhv edilib
Xocalının Daşbulaq kəndində tut bağlarında 250 nəfər işlə təmin olunub
Cəmiyyət 12:31
Xocalının Daşbulaq kəndində tut bağlarında 250 nəfər işlə təmin olunub
Damazlıq heyvanların alınmasına görə fermerlərə 24 milyon manat güzəşt ayrılıb
Cəmiyyət 12:28
Damazlıq heyvanların alınmasına görə fermerlərə 24 milyon manat güzəşt ayrılıb
Fermerlərə 254 milyon manat əkin subsidiyası ödənilib
Cəmiyyət 12:25
Fermerlərə 254 milyon manat əkin subsidiyası ödənilib
Bu il fermerlərə 304 milyon manatlıq texnika və avadanlıq maliyyələşdirilib
Cəmiyyət 12:22
Bu il fermerlərə 304 milyon manatlıq texnika və avadanlıq maliyyələşdirilib
Pensiyalar sabah ödəniləcək
Cəmiyyət 12:11
Pensiyalar sabah ödəniləcək
Dövlət Vergi Xidməti ötən il sahibkarlıq assosiasiyaları ilə 50-yə yaxın görüş keçirib
Cəmiyyət 12:05
Dövlət Vergi Xidməti ötən il sahibkarlıq assosiasiyaları ilə 50-yə yaxın görüş keçirib
Aqrar sahədə subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir
Cəmiyyət 12:00
Aqrar sahədə subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir
Azadə Hüseynova: 2019–2025-ci illərdə turizm sektorunda çalışanların sayı 46 faiz artıb
Cəmiyyət 11:53
Azadə Hüseynova: 2019–2025-ci illərdə turizm sektorunda çalışanların sayı 46 faiz artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol