• $
  • €
  • ₽
  • ₺
  • £

Aqrar sahədə subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir

Aqrar sahədə subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir
19.11.2026 12:00

Aqrar sahədə uzunmüddətli perspektivdə subsidiyalaşdırmadan tədricən investisiyayönümlü dövlət dəstəyinə keçid nəzərdə tutulur. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov bildirib.

Onun sözlərinə görə, subsidiyaların verilməsində məhsuldarlıq, ünvanlılıq və nəticəyönümlülük əsas prinsiplər kimi götürülür. Subsidiyaların əhəmiyyəti yalnız maliyyə dəstəyi ilə deyil, özəl sərmayələrin cəlb edilməsindəki rolu və real iqtisadiyyatda yaratdığı əlavə dəyərlə ölçülməlidir.

Camalov qeyd edib ki, məqsəd dövlətin subsidiyalardan tam imtina etməsi deyil, cari istehsal xərclərinin kompensasiyası ilə uzunmüddətli inkişafı təmin edən investisiyalar arasında balansın yaradılmasıdır.

O vurğulayıb ki, sahibkarların investisiya qərarları subsidiyaların məbləğinə deyil, biznesin iqtisadi məntiqinə, bazar şərtlərinə, qiymət tendensiyalarına və bazarın dinamikasına əsaslanmalıdır:

“Dövlət dəstəyi investisiyanın məqsədi yox, onu həyata keçirən alət olmalıdır”.

Agentlik sədri bildirib ki, əsas hədəf davamlı dövlət subsidiyalarından asılı olmayan, dayanıqlı və rəqabətqabiliyyətli sahibkarlığın formalaşdırılmasıdır.

O, aqrar sahəyə göstərilən dövlət dəstəyinin məşğulluğun artmasına da töhfə verdiyini diqqətə çatdırıb. Belə ki, yeni təsərrüfatların yaradılması və mövcud təsərrüfatların genişləndirilməsi ilə yanaşı, logistika, texniki xidmət, saxlama, qablaşdırma və emal sahələrində də yeni iş yerləri yaranır.

Camalovun sözlərinə görə, müasir kənd təsərrüfatı texnikası və avadanlıqlarına göstərilən dəstək mexanikləşməni və məhsuldarlığı artırır. Bununla belə, mexanikləşməni məşğulluğa qarşı qoymaq düzgün yanaşma deyil.

O bildirib ki, əsas məsələ əmək bazarının yeni texnologiyalara uyğunlaşdırılması və daha yüksək ixtisaslı iş imkanlarının yaradılmasıdır. Müasir suvarma texnologiyaları, intensiv istehsal üsulları və rəqəmsal həllər aqrar sahədə yeni bacarıqlara tələbat formalaşdırır.

Agentlik sədri əlavə edib ki, aqrar sahədə yalnız iş yerlərinin sayının deyil, həm də daha məhsuldar və yüksək gəlirli məşğulluğun artırılması vacibdir.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Vergi Xidməti ötən il sahibkarlıq assosiasiyaları ilə 50-yə yaxın görüş keçirib
Cəmiyyət 12:05
Dövlət Vergi Xidməti ötən il sahibkarlıq assosiasiyaları ilə 50-yə yaxın görüş keçirib
Azadə Hüseynova: 2019–2025-ci illərdə turizm sektorunda çalışanların sayı 46 faiz artıb
Cəmiyyət 11:53
Azadə Hüseynova: 2019–2025-ci illərdə turizm sektorunda çalışanların sayı 46 faiz artıb
Xəzər sahilində 3,227 qanunsuz tikili aşkarlanıb
Cəmiyyət 11:50
Xəzər sahilində 3,227 qanunsuz tikili aşkarlanıb
2027-ci ildən mikro sahibkarlar üçün avtomatlaşdırılmış vergi bəyannamələri tətbiq olunacaq
Cəmiyyət 11:48
2027-ci ildən mikro sahibkarlar üçün avtomatlaşdırılmış vergi bəyannamələri tətbiq olunacaq
DTX: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb
Cəmiyyət 11:10
DTX: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb
Hacıqabulda zəlzələ olub
Cəmiyyət 10:58
Hacıqabulda zəlzələ olub
Bakıda avtobuslar üçün ilk xüsusi svetofor quraşdırılacaq
Cəmiyyət 10:45
Bakıda avtobuslar üçün ilk xüsusi svetofor quraşdırılacaq
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Cəmiyyət 10:39
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verilib
Cəmiyyət 10:36
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol